Qusar rayon Mərkəzi kitabxanası

Qusar rayon MKS
Tədbirlər
16 Dekabr , 2016

16 dekabr 2016-cı il tarixdə  Qusar rayonunda  “2016-cı ilin Azərbaycanda Multikulturalizm ili”nə elan olunmasına  həsr olunmuş tədbir keçirilmişdir.

    Qusar rayon Mərkəzi kitabxanasında 16 dekabr 2016-cı il  tarixdə “Multikulturalizm ili” nə və 2016-cı il üçün Azərbaycanın folklor paytaxtının   Qusar rayonun elan edilməsinə  həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin , ümumtəhsil məktəblərinin , mədəniyyət və səhiyyə müəssisələrinin əməkdaşları iştirak edirdi.

   Tədbir iştirakçıları  əvvəlcə kitabxanada təşkil edilmiş kitab sərgilərinə  , milli mətbəx və folklor nümunələrinə baxış  keçirmişdir. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Zahir Mustafayev açmış, “Multikulturalizm ili” çərçivəsində kitabxanalarda  həyata keçirilən  tədbirlər haqqında söz açmışdır.

   Tədbirdə iştirak edən  F. Köçərli  adına Respublika Uşaq Kitabxanasının  elmi işlər üzrə direktor müavini, Əməkdar Mədəniyyət İşçisi Zahirə Dadaşova, xidmət şöbəsinin müdiri Könül Niftiyeva tərəfindən “Kitabxanalar multikulturalizm  dəyərlərinin daşıyıcısıdır”  layihəsi təqdim olundu.Bundan əlavə “2016-cı il üçün Azərbaycanın Folklor Paytaxtı Qusar” mövzusunda metodiki vəsaitinin çap  və bunun eletron versiyasının tədbir iştirakçılarına  təqdimatı keçirildi .

Tədbirdə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov , H.Əliyev Mərkəzinin direktoru Neva Aydəmirova , Qusar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadirşah Şirinov Azərbaycanda multikultralizmin ənənəvi yaşam tərzi olduğunu , bütün Azərbaycanda olduğu kimi Qusar rayonunda müxtəlif millətlərin bir ailə kimi yaşadıqlarını vurğuladılar.

   Tədbirdə Qusar Ləzgi Dövlət Dram Teatrının, İncəsənət məktəbinin şagirdlərinin və fəal oxucuların ifasında ləzgi folklor nümunələri və şeirlər səsləndirildi.

Sonda tədbir iştirakçıları milli mətbəx nümunələrindən ibarət sərgi ilə tanış oldular və milli yeməklərlə zəngin çay süfrəsinə dəvət olundular.

Foto Qalereya