Qusar rayon Mərkəzi kitabxanası

Qusar rayon MKS
Tədbirlər
20 Dekabr , 2017
19.12.2017-ci il tarixdə Mərkəzi Kitabxanada il ərzində kitabxanaların fəaliyətinin vəziyyəti və filiallara göstərilən metodiki köməkliyin səviyyəsinin artırılmasına həsr olunmuş tədbirlər müzakirə olunmuşdur.Kitabxanalarda oxuculara xidmətin yeni forma və metodlarından istifadə olunmasın vacibliyi vurqulanmışdır.Çıxış edən MKS-nin direktoru Zahir Mustafayev tərəfindən kitabxana filiallarında ailə abonementinin inkişaf etdirilməsi və evlərdə səyyar xidmət göstərməyin yüksək səviyyədə təşkil olunmasına köməklik göstərmək metodika və bibliografiya şöbəsinin qarşısında bir vəzifə kimi qoyulmuşdur.Tədbirdə kitabxana xidməti sahəsində uzun müddətli və səmərəli fəaliyyətinə görə və anadan olmasının 55-illiyi münasıbəti ilə MKS- nin direktor müavini Lyudmila Məmmədovaya fəxri fərman təqdim olunmuş, bütün kollektivin təbrikləri ona çatdirilmışdır.
Foto Qalereya